booked.net
ПОСЛЕДНЯЯ МИНУТА ƏBƏDİYYƏT ÖMRÜ...

Şamaxıda qanvermə aksiyası keçirilib


05 Fevral 2025-ci il tarixində Şamaxı rayonunda növbəti qanvermə aksiyası keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər. Götürülmüş qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyasında rayon ictimaiyyətinin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan kollektivlərin üzvləri könüllü olaraq iştirak edib, ümumilikdə 100 nəfərdən artıq şəxsdən müvafiq qaydada qan ehtiyatları götürülüb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф