Olimpiadanın final turunda Şamaxı şəhər S.M. Qənizadə adına 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Həbibə Seyidzadə Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medal, Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbin IX sinif şagirdi Aysu Kərimova Coğrafiya fənni üzrə gümüş medal və Şamaxı şəhər Texniki, humanitar və təbiət təmayüllü liseyin X sinif şagirdi Qulam Rüstəmzadə Coğrafiya fənni üzrə bürünc medal qazanıblar.
Şagirdlərlə görüşən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisinin deputatı Tamam Cəfərova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov və rayon təhsil şöbəsinin müdiri Məsud Babayev qalibləri, onların valideynləri və müəllimlərini təbrik edib, onlara uğurlar arzulayıblar.













