booked.net

Şamaxı rayonunun Böyük Xınıslı və Qəleybuğurd kənd seçiciləri ilə görüş keçirilib


Şamaxı rayonunun Böyük Xınıslı və Qəleybuğurd kənd seçiciləri ilə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Şamaxı rayonunun Böyük Xınıslı və Qəleybuğurd kənd seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşviqat qrupunun üzvləri Altay Məmmədov, İlham Vəliyev, Nəzakət Abdulrazaqova, Ağarza Bayramov, Fuad Səmiyev, Rauf Qədirov, Fuad Nəsirov, Şəhriyar Soltan, Əli Mahmudov, şəhid atası Sübhan Allahverdiyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, bu gün Azərbaycanın dünyada artan nüfuzu Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub. Cənab İlham Əliyev öz fəaliyyəti ilə həm partiya Sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə edib, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan dövlətə çevrilib.
Natiqlər seçicilərin qarşıdakı prezident seçkilərində düzgün seçim edərək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha etimad göstərəcəklərinə əminliklərini ifadə ediblər.
Görüşlərdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək ən layiqli namizədə, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən Müzəffər Ali Baş Komandana səs verəcəklərini bildiriblər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф