booked.net

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”


Şamaxı rayonunda seçicilərlə görüş keçirilib
Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunun Çuxuryurd kənd seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qərargah üzvləri Şasəddin Mikayılov, Nəzakət Abdulrazaqova, Pərvin Şirəliyeva, Abı Həsənov, Təbliğat-təşviqat qrupunun üzvü Fuad Nəsirov və şəhid ailəsinin üzvü Sübhan Hüseynov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Cənab Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuş, dünya dövlətləri sırasında yüksək nüfuz qazanmışdır. 30 il işğal altında qalan torpaqlarını erməni işğalçılarından azad edərək özünü həm də bütün dünyaya güclü, yenilməz, beşinci nəsil silahlarla silahlanmış orduya sahib qüdrətli dövlət olduğunu sübuta yetirərək beynəlxalq aləmdə mühüm aktora çevrilmişdir. Azərbaycan iqtisadi gücü, potensialı gündən-günə artan, beynəlxalq aləmdə dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirən etibarlı tərəfdaş, dilindən, dinindən asılı olmayaraq bütün xalqların birgəyaşayışına mühüm töhfə verən sülhsevər, tolerant, multikulturalizmin ünvanı olan ölkə kimi tanınır. Ölkəmizin zəngin enerji yataqlarına sahib olması, bunun nəticəsi olaraq respublikamızda neftlə bərabər qaz hasilatının da artması, iqtisadiyyatda qaz gəlirlərinin mühüm əhəmiyyət daşıması regionun lider dövləti olan Azərbaycanı daha böyük güc amilinə çevirir. Bu gün müstəqil dövlətimiz dünyanın bir çox ölkələrı ilə sıx əməkdaşlıq əlaqələri quraraq həm özü inkişaf edir, həm də xarici ölkələrlə münasibətlərini daha da möhkəmləndirir.
Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər sərkərdə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф