booked.net

Şamaxı Rayon İcra Hakimiyyəti Yanında İctimai Şura işini günün tələbləri səviyyəsində qurur


İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Şamaxı Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın təşəbbüsü və təşkilatçılığı ilə 26 may 2023-cü il tarixdə şəhər-məhəllə komitələri sədrləri ilə rayonun xidmət orqanlarının rəhbərlərinin birgə yığıncağı keçirilmişdir.
Yığıncaqda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov son illər şəhərdə görülən tikinti-abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verib və cənab Prezident İlham Əliyevin Şamaxının inkişafına göstərdiyi xüsusi qayğı barədə danışıb. 
Sonra məhəllə komitələri və əhaliyə xidmət orqanlarının birgə fəaliyyəti sahəsində Şamaxı şəhərində görülən işlər barədə rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Eybalı Ağayev və rayon icra hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Şirəliyev çıxış etdilər. 
Məruzə ətrafında müzakirələr aparıldı və təkliflər dinlənildi.
Toplantıda küçələrin təmizliyinin və yaşllığının qorunmasında göstərdiyi dəstəyə görə məhəllə komitələri və şəhər sakinlərinə təşəkkür ifadə olundu.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф