booked.net

Şamaxıda növbəti səyyar qəbul: kənd sakinlərinin müraciətləri dinlənilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov növbəti səyyar qəbulunu rayonun İkinci Cabanı və Cabanı kənd sakinləri ilə keçirib.
Səyyar qəbulda rayon icra hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və müxtəlif xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər. Görüşün əsas məqsədi vətəndaşların müraciətlərini yerində dinləmək, mövcud problemlərin həlli istiqamətində operativ tədbirlər görmək və əhali ilə birbaşa ünsiyyəti gücləndirmək olub.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurla icra olunduğunu, bu çərçivədə Şamaxı rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığını qeyd edib. O bildirib ki, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması, yolların yenilənməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür və bu işlər mərhələli şəkildə davam etdirilir.
Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən əsasən kənd avtomobil yolunun işıqlandırılması, elektrik enerjisi təchizatında yaranan fasilələr və ümumi infrastrukturla bağlı problemlər qaldırılıb. Bundan əlavə, bir sıra fərdi xarakterli müraciətlər də səsləndirilib.
Sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılıb. Problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və məsələlərin qısa müddətdə aradan qaldırılması nəzarətə götürülüb.
Sonda bildirilib ki, bu cür səyyar qəbulların keçirilməsi vətəndaş məmnunluğunun artırılması, yerlərdə mövcud problemlərin operativ şəkildə həll olunması və idarəetmədə şəffaflığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İkinci Cabanı: səyyar qəbul zamanı sakinlərin müraciətləri dinlənilir


Cabanı: vətəndaşlarla keçirilən görüşdən görüntü


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф