booked.net

Dağ Bağırlı kəndində səyyar qəbul keçirilib, sakinlərin problemləri dinlənilib


Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Dağ Bağırlı kənd sakinləri ilə keçirilib. Qəbulda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Görüş zamanı  Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov son illərdə respublikada, o cümlədən Şamaxı rayonunda aparılan quruculuq və abadlıq işləri, kənd və qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verib.

Səyyar qəbul zamanı kənd sakinləri əsasən elektrik enerjisi təsərrüfatının yenilənməsi, qaz təchizatının yaxşılaşdırılması və kənd məktəbi üçün yeni binanın inşası ilə bağlı müraciətlərini səsləndiriblər. Bundan əlavə, sakinləri narahat edən digər məsələlər də müzakirə olunub. Qaldırılan problemlərin operativ həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф