booked.net

12 Noyabr – Konstitusiya Günü Şamaxıda qeyd olunub


12 Noyabr – Konstitusiya Günü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib. Tədbirdə hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və icra hakimiyyəti aparatının işçiləri iştirak edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə iştirakçıları təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyanın müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu vurğulayıb. Tahir Məmmədov həmçinin Konstitusiyanın cəmiyyətimizin inkişafında, hüquq və azadlıqların qorunmasında əhəmiyyətindən danışıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxışında Ulu Öndərin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin əsas qanununun qəbulunda göstərdiyi xidmətlərdən söz açıb, Prezident İlham Əliyevin cəmiyyətin inkişafı naminə apardığı uğurlu islahatları qeyd edib və 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının əhəmiyyətini vurğulayıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф