booked.net

Şamaxıda kompleks mülki müdafiə təlimi keçirilib


“Azərbaycan Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri Planı”nın 1-ci bəndinə və “Şimal-qərb Regional Mərkəzinin 2025-ci il üçün hazırlıq Planı”nına uyğun olaraq 21-22 may 2025-ci il tarixlərində Şamaxıda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Keçirilmiş təlimdə Şimal-qərb Regional Mərkəzi, Şamaxı Rayon İcra Hakimiyyəti, rayon fövqəladə hallar üzrə komissiya, rayonun mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak edib.
Təlimlərin keçirilməsində məqsəd fövqəladə hallar zamanı hazırlıq dərəcələrinə gətirilmə, mülki müdafiə planlarının reallığının yoxlanılması, qəza və təbii fəlakət zamanı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə idarəetmənin təşkili sahəsində təcrübənin artırılmasıdır.
Təlimlərdə həmçinin məqsəd fövqəladə hallar zamanı idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, komandir-rəis heyətinin funksional vəzifələrinin dəqiqləşdirilməsi, şəxsi heyətin fövqəladə hadisə zamanı qəza xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsində təcrübələrinin artırılması, eləcə də əhalinin bu istiqamətdə davranış qaydaları üzrə maarifləndirilməsindən ibarətdir.
Təlimlər iki istiqamətdə keçirilib:
Şamaxı rayon Sabir qəsəbəsi tam orta məktəbində keçirilən təlimdə insanların təxliyəsi üzrə nəzəri maarifləndirici, “Şamaxı-Şərab-1” ASC-nin ərazisində keçirilən təlimlərdə isə digər praktiki tədbirlər geniş nümayiş olunub.
Ümumilikdə keçirilmiş təlimlərdə 275 nəfər şəxsi heyət və 42 sayda texnika cəlb edilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф