booked.net

Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır.


Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır.
Bayram münasibəti ilə rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş tədbir təşkil olunub.
Tədbir iştirakçılarına xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələri, eləcə də uşaqların əl işlərindən ibarət sərgilər numayiş olunub. Bayram tədbirində iştirakçılara təqdim olunan müxtəlif çeşidli milli yemək növləri və şirniyyatlar maraqla qarşılanıb. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salıblar. Tədbirdə kəndirbazların və pəhləvanların çıxışları nümayiş olunub.
Bayram  tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb.
Daha sonra bayram şənliyində incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri çıxış edib, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa ediblər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф