booked.net

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Mədrəsə qəsəbəsində keçirilib


Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü keçirilib.
Rayonun Mədrəsə qəsəbəsində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon prokuroru Müşviq Səfərov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.
Mədrəsə qəsəbə sakinləri qəsəbəyə gedən yolun bərpası və su qıtlığını əsas məsələ kimi vurğulayıblar. Vətəndaşlara bu məsələlərin tezliklə öz həllini tapacağı bildirilib.
Görüşdə sakinləri narahat edən digər məsələlər ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф