booked.net

Azərbaycan-Özbəkistan münasibətləri inkişaf edir


Özbəkistanla Azərbaycanı eyni etnik kimlik, yüksək siyasi dioloq və iqtisadi potensiallıq bağlayır. Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəsdək göstərən rəsmi Daşkəndin postmünaqişə dövründə də mövqeyi analojidir.  İqtisadi sahədə də əməkdaşlığın  artan dinamikasıda diqqət çəkir. Belə ki, ötən il  Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk  beş ayında isə bu göstərici təqribən 70 milyon dollar təşkil edib. Azərbaycanda sənaye, ticarət,nəqliyyat,tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib. Tərəflər arasında əməkdaşlığın ən böyük perespektiv vəd edən istiqamətlərindən biri nəqliyyat sahəsidir. Sahəsindən Avropaya doğru uzanan orta dəhliz hər iki ölkə üçün yeni çağırışlar və imkanlar yaradır. Eyni zamanda enerji sahəsində əməkdaşlıq potensialı, o cümlədən Azərbaycanın tranzit imkanları mövcuddur. 
2024-cü ilin mayında imzalanmış “Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandum”u bu sahədə Bakı, Astana, Daşkənd kombinasiyasının formalaşmasının başlanması kimi xarakterizə olunur.

“BUGÜNKÜ ÖZBƏKİSTAN SOSİAL-İQTİSADİ İNKİŞAF ÜZRƏ APARILAN GÜNDƏLİK İŞ, ÇOXLU SAYDA SOSİAL LAYİHƏLƏR  BUGÜNKÜ ÖZBƏKİSTANIN SİMASIDIR”.
Prezident İlham Əliyev cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı  mətbuata   bəyanatla çıxış edərək, Özbəkistanın sürətlə inkişaf etdiyini qeyd edib.
“Müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana dəfələrlə səfər etmişəm. Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görürəm və buna şadam. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Keçən səfərimdə biz Daşkənddə birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin, xarici investisiyaların cəlb edilməsinin, əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir. Bugünkü Özbəkistan sosial-iqtisadi inkişaf üzrə aparılan gündəlik iş, çoxlu sayda sosial layihələr  bugünkü Özbəkistanın simasıdır”.
Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu, onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır, həm də müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir. Sizi bu münasibətlə Azərbaycan xalqı adından bir daha təbrik etmək istərdim”.

“MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİ HAQQINDA MÜQAVİLƏ İKİ ÖLKƏNİN İMZALAYA BİLƏCƏYİ ƏN YÜKSƏK BEYNƏLXALQ SƏNƏDDİR
Azərbaycan və Özbəkistanın rəsmən müttəfiq olduqlarını bəyan edən Prezident İlham Əliyev bunu tarixi məqam adlandırıb. “Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik”.
Prezident İlham Əliyev qeyd edib ki, regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır. ”Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Ona görə də bu hadisə ölkələrimizin ictimaiyyəti tərəfindən çox düzgün qiymətləndirilməlidir fikrinə mən də qoşuluram. Əminəm ki, onlar bizim danışdığımız məsələləri biləndə, bu səviyyəyə çıxdığımızı görəndə bu cür sevinc hissləri keçirirlər”.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə edib. “Yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.

“TƏXMİNƏN 30 İL ƏRZİNDƏ BİZİM ÜÇÜN BİR NÖMRƏLİ MƏSƏLƏ İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİN AZAD OLUNMASI İDİ”
Qarabağ haqqında söylədiyiniz sözlərə görə sağ olun. Hamınız bilirsiniz ki, bu, təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ idi. Ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır. Belə münasibətə görə səmimi-qəlbdən minnətdaram”.
Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun fəaliyyətinə toxunan Prezident İlham Əliyev fondun kapitalıını artırmalı olduğunu bildirib: “Bizə Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, artıq eşitdiyimiz kimi, layihələrə 500 milyon ayrılıb. Odur ki, bu kapitalı həm ikitərəfli gündəlik, həm də üçüncü ölkələrə investisiyalar ilə çıxış üçün artıracağıq.
Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik. Qonaqpərvə fəaliyyətinə toxunanrliyə və dəvətə görə bir daha təşəkkür edirəm”.

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.

“NİSBƏTƏN MƏHDUD TƏRKİBDƏ İKİ ÖLKƏNİN İŞGÜZAR DAİRƏLƏRİNİN ƏSAS NÜMAYƏNDƏLƏRİNİN BELƏ BİR GÖRÜŞÜ MƏNİM PRAKTİKAMDA İLK DƏFƏDİR KEÇİRİLİR”
Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə  qeyd edib: “Əvvəlcə bu görüşün keçirilməsi təşəbbüsünə görə Özbəkistan Prezidentinə təşəkkür etmək istərdim. Qeyd edim ki, mənim praktikamda belə görüşlər heç vaxt olmayıb. Rəsmi səfərlər çərçivəsində biznes forumlarında iştirak etdiyim, yaxud xarici dövlət başçılarının səfərləri zamanı Bakıda biznes forumlarının keçirildiyi hallar olub, amma bir qayda olaraq onlar dövlət başçılarının hansısa qısa nitqlərlə müraciət etmələri ilə məhdudlaşıb, sonra çıxıb gediblər, biznes-forum isə öz axarı ilə davam edib. Prinsipcə, bu günlərdə Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. Amma nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir. Ona görə də bundan başlamaq və Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istəyirəm”.
Prezident İlham Əliyev  xüsusi olaraq müttəfiqlik münasibətlərinə dair Müqavilənin əhəmiyyətli olduğunu vurğulayıb.  “Bu, Azərbaycanda həmin qəbildən olan üçüncü sənəddir. İndiyə qədər - bizə yaxın olan iki ölkə ilə 2021-ci və 2022-ci illərdə müttəfiqlik münasibətlərinə və ya müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamələr imzalamışıq. İndiki halda söhbət müqavilədən gedir, yəni dünyada bu sənəddən daha yüksəyi yoxdur. Mən ikimizi deyil, bir çox illər əvvəl – 15 və ya 20 il öncə Özbəkistan və Azərbaycanı nəzərdə tuturam. İlk dəfə Prezident kimi Özbəkistana düz 20 il əvvəl - 2004-cü ildə gəlmişəm və həmin vaxt Özbəkistan hökumətinə az bir müddət əvvəl rəhbərlik edən Şavkat Miromonoviçlə tanış olmuşam. Onunla birlikdə Səmərqəndə getdik və beləliklə, həmin vaxt bizim dostluğumuz başladı. Amma özbək dostlarımız ozamankı vəziyyəti yaxşı bilirlər, həm siyasi dialoqu, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün imkanlar yox idi, onlar, demək olar ki, mövcud deyildi, sadəcə, onlar olmayıb. Bu gün bizim burada təqdim etdiyimiz 20 istiqamət üzrə yeni təşəbbüsləri, təbii ki, diqqətlə öyrənəcəyik. Bununla yanaşı deməliyəm ki, prezidentlər səviyyəsində təkcə biznes sahəsində deyil, iqtisadi-ticari sahədə qəbul edilən hər hansı bir qərarın yerinə yetirilmədiyi hal olmayıb.”

“BİZNES STRUKTURLARI SİYASİ KONYUNKTURAYA ÇOX HƏSSAS REAKSİYA VERİR”
Dövlət başçısı daha bir mühüm mövzuya toxunaraq  Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura, sadəcə, heç bir yerdə mövcud olmadığını,  iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib ami olduğunu vurğulayıb:” Özbəkistan böyük potensiala malik ölkədir və indi bir növ çiyinlərini, qanadlarını yenicə açır və artıq uçur, amma hələ bir az vaxt, bir neçə il lazımdır ki, bu, sözün bütün mənalarında əsl uçuş olsun. Ölkə çox az dövlətlərdən biridir ki, siyasi sabitlik həm Prezidentin siyasətinə, həm də xalqın Prezidentə münasibətinə əsaslanır. Bu isə biznes üçün çox vacibdir. İrəlini görmək çox mühümdür, iş adamlarının, investorların onların investisiyalarının qorunacağını və məmnunluqla, sevinclə işləyəcəklərini, həmçinin gəlir əldə edəcəklərini bilmələri çox vacibdir. Həmçinin Özbəkistanda yaxşı investisiya mühiti var. Əks halda, qısa müddət ərzində bu qədər sərmayə olmazdı, onların bir çoxu xarici və yerlidir, yəni yerli investorlar sadəcə başqa ölkələrə yatırardılar, xaricilər isə gəlməzdilər. Ona görə də bütün bu amillər çox mühümdür. Prinsipcə, mən indiki halda Azərbaycan iş adamlarına müraciət edərək deyirəm, amma həmin sözləri Azərbaycan haqqında da söyləyə bilərəm. Bütün bu amillər Azərbaycanda da mövcuddur, ona görə də özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq. Əgər investisiyaların statistikasına nəzər salsaq, bütün bunlar, necə deyərlər, bizim sözlərimizi daha çox təsdiq edər”.
“Azərbaycanda Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olsun. Çünki bu gün biz bir növ aparıcı biznes strukturları ilə danışırıq, amma əminəm ki, öz müəssisələrini açmaq istəyən çoxlu sayda kiçik biznes, orta biznes nümayəndələri də olacaq. Ola bilər ki, onların sayı Xankəndidə tikiş fabrikində olduğu kimi min nəfərə çatmasın, cəmi 5 nəfər olsun. Əminəm ki, bu da, bugünkü səfər də, bizim danışdıqlarımız və imzaladıqlarımız da onlar üçün belə siqnal olacaq. Ona görə də nəyin baş verməsi, hansı imkanların olması, hansı iqtisadi sahələrin hökumət üçün prioritet təşkil etməsi haqqında informasiyalar nə qədər çox olarsa, iş adamları da bu istiqamətdə addımlayacaqlar. Birincisi, cəmiyyətlərimiz bir-biri haqqında daha çox informasiya alacaq, bu isə mütləq lazımdır, müttəfiqlər kimi buna nail olmalıyıq, həmçinin bu, biznes strukturları üçün də yaxşı oriyentir olacaq. Onlar biləcəklər ki, orada, məsələn, gəlir norması 20 faizdir, burada 15 faiz, başqa yerdə 25 faiz, yaxşı gəlir əldə etmək üçün bu sahə var. Ölkələrimizin potensialının çox böyük olduğunu və həmçinin investisiyaların qoyulması sahələrinin tamamilə geniş olduğunu nəzərə alaraq, əminəm, gəlir norması elə olacaq ki, onu başqa yerlərdə əldə etmək çətin ki, mümkün olsun”,- deyə Prezident İlham Əliyev bildirib.

“BÖYÜK QAYIDIŞ” PROQRAMI KİFAYƏT QƏDƏR GENİŞMİQYASLIDIR”
Görüş zamanı çıxışında Prezident İlham Əliyev, “Bu ilin sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki, 10 milyard dollardan az olmayacaq. Praktik olaraq, elə bu yaxınlarda mənzillərin tikintisinə başlamışıq, yəni, hər şey əsasən infrastruktura yönəldilib. Mənzillərin tikintisi isə kütləvi şəkildə başlayıb. Biz artıq qayıtmaq istəyən 100 min nəfərdən 8 mindən bir qədər çoxunu yerləşdirmişik. Yəni, zənnimcə, mənzil tikintisi bütün infrastruktur başa çatdıqdan - 2026-cı ildən sonra olacaq, bu, əsas istiqamətə çevriləcək. Ona görə də bütün layihələr üzrə bizdə qərargah, təşkilat komitəsi var. İqtisadiyyat Nazirliyi investisiya layihələri ilə məşğul olur. Bu səbəbdən əlaqə saxlayın, düşünürəm ki, bizim növbəti görüşümüzdə siz hansı layihələrin həyata keçirildiyini deyə biləcəksiniz”,-deyə  qeyd edib.

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
Hər  iki ölkənin  prezidentləri   “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ni imzalayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər.
Mərasimdə “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin yanında Hüquqşünasların İxtisasının Artırılması Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi”, Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər imzalanıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф