booked.net

Şamaxıda "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş “Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı tədbir keçirilib


YAP Şamaxı rayon təşkilatının inzibati binasında "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş “Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Rayon ictimaiyyəti, idarə, müəssisə rəhbərləri və gənc partiya üzvlərinin iştirakı ilə keçirilən tədbir Qurtuluş Gününə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edənlər YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza Bayramov, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional filialının müdiri Rövşən Məmmədov, Şamaxı rayon Statistika İdarəsinin rəisi Azər Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunun müdiri Məsud Babayev hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasının milli dövlətçilik quruculuğunda ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıblar.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф