booked.net

Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu artır


Azərbaycan Respublikasının Prezideni İlham Əliyev: “Cənub Qaz Dəhlizi uğur hekayəsidir”

Cənub Qaz Dəhlizi Azərbaycanın daha bir uğurudur.  Bu enerji layihəsinin təməli 10 il öncə qoyulub. Bu dövr ərzində bu əlavə seqmentlərlə şaxələndirilərək Avrasiyanın enerji xəritəsini dəyişib və hər il Bakıda bu uğurun iştirakşıları bir araya gələrək yeni çağırışları müzakirə edirlər.
2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı.
2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi” nin təməli qoyuldu.
2018-ci il mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” nin,  iyun ayının 12-də Əskişəhərdə bu Dəhlizin mühüm hissəsi  olan Trans-Anadolu (TANAP) Qaz Boru Kəmərinin açılışı oldu.
2018-ci il iyunun 30-da ilk kommersiya qazının TANAP Boru Kəməri ilə Türkiyəyə göndərilməsinə başlanıldı.
2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP Qaz Kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin  sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə başlanıldı.
2022-ci il iyulun 18-də “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycanla Aİ arasında enerji tərəfdaşlığını yeni bazaya keçirdi.
Hal-hazırda söhbət yalnız ənənəvi enerji formaları üzrə əməkdaşlıqdan yox, həm də energi transformasiyası nəticəsində “Yaşıl enerji”nin istehsalı və ötürülməsindən gedir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində tərəflər 10-u dəfə bir araya gəldilər. “Yaşıl enerji” üzrə isə bu 2-ci toplantıdır. Bu dövr ərzində Azərbaycan kifayər qədər uğurlar qazanıb. Sabaha isə aydın planlar var.

                                                      ENERJİ SAHƏSİNDƏ UĞURLU ƏMƏKDAŞLIQ
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə  çıxış edərək bildirib ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Burda şaxələndirmə məsələsinə gəlincə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Şaxələndirmə həm marşurutlara, həm də mənbələrə şamil edilməlidir.
Prezident cənab İlham Əliyev qeyd edib ki, bu gün Avrasiyada geosiyasi vəziyyət görüləcək işlərin vacibliyini göstərir. Azərbaycana gəlincə isə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün onu artıq bir çox marşrutlar- interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Ötən il  “Şahdəniz” dən sonra ikinci nəhəng qaz ehtiyatları olan  “Abşeron” qaz-kondensat yatağ təbii qazın  kommersiya hasilatı oldu. Azərbaycan daha iki ölkə Macarıstan və Serbiya qaz nəql etməyə başladı və bu gün səkkizi ölkəyə qaz nəql edilir ki, onlardan altısı Avropa ölkəsidir. 
Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Ötən il həmçinin Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəliblər. Bu isə daha çox seçimlər deməkdir, deyə dövlət başçısı bildirib.
“Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir.Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji   təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir.... Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur... Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir”.
Dövlət başçısı Azərbaycanın gələcək planları barədə də məlumat verib. İlk növbədə gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır.  “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.

CƏNAB PREZİDENT AZƏRBAYCANDA KİFAYƏT QƏDƏR QAZ YOXDUR Kİ, ŞAİYƏ ÇIXARDANLARA CAVAB OLARAQ BİLDİRİBKİ, AZƏRBAYCANDA KİFAYƏT QƏDƏR  QAZ VAR VƏ ARTMAQDADIR.
“Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq.”
Azərbaycanın əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Azərbaycan Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur. Bu layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq. Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaqdır.
 Dövlət başçısı üç ildə fəaliyyət göstərən Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi barədə də tədbir iştirakçılarına məlumat verib. Enerjinin və qazıntı yanacağının ölkələr arasında tərəfdaşlıq və əməkdaşlıq üçündə vasitə olduğunu deyən  dövlət başçısı qeyd edib ki, Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, eyni zamanda, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.

PREZİDENT   İLHAM ƏLİYEV NEFT VƏ QAZ   EHTİYATLARI İLƏ ZƏNGİN OLAN ÖLKƏLƏRƏ MÜNASİBƏTDƏ HƏR KƏSİ ƏDALƏTLİ OLMAĞA ÇAĞIRIB.
“Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik”.
Prezident İlham Əliyev ölkəmizin bu il COP29 konfransına  ev sahibliyi etməsindən də danışıb. Bu barədə qərar qəbul olunan kimi ölkəmizin müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldığını vurğuluyaraq qeyd edib ki, kifayət qədər nefti və qazı olan növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərcək bir ölkənin iqlim dəyişikliyi ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyi  yalnız təqdir edilməlidir.
”Biz heç bir yanlış iş görməmişik, lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi.
Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Bununla da çıxışımı burada bitirirəm. Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm. Fürsətdən istifadə edərək hamınızı COP29-a aparan bu mühüm yolda bizim tərəfdaşımız olmağa dəvət etmək istəyirəm”. 
10 ili taman olan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısında bu il Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkət təmsil olunub.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф