booked.net

Şamaxıda Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.


Şamaxıda müasir Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Öncə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.
Rayon mədəniyyət mərkəzində təşkil olunmuş “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” adlı tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması,  xalqımızın əmin-amanlığının təmin edilməsi və milli–mənəvi dəyərlərinin qorunmasında əvəzsiz  xidmətlərindən və bütün həyatını bu amal uğrunda mübarizəyə həsr etməsindən söz açıb. 
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф