booked.net

“Heydər Əliyev və Azərbaycan dili”


Şamaxıda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyəti və YAP Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Tahir Məmmədov həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafına göstərdiyi qayğıdan söz açdı.
Daha sonra çıxış edənlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, ADPU-nin Şamaxı filialının müəllimləri Rima Quliyeva, Sənubər Şükürova, Səkinəxanım Xasiyeva və Şamaxı Dövlət Regional Kollecinin müəllimi Aliyə Ələkbərova Ulu Öndərin yüksək natiqlik məharətindən, xalqın dili ilə danışmasından, onun rəhbərlik etdiyi dövrdə ədəbiyyatımızın inkişafından söz açıb, Azərbaycan dilinin dərindən araşdırılması və təkmilləşdirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirdilər.  
Natiqlər çıxışlarında həmçinin hazırda bu istiqamətdə aparılan dövlət siyasətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin əsas tərkib hissəsi olan ana dilimizin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən geniş söhbət açdılar.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф