booked.net

Şamaxıda səyyar qəbul: Sis kənd sakinlərinin müraciətləri dinlənildi


Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların sosial-məişət problemlərinin yerində öyrənilməsi və operativ şəkildə həllinə nail olunması məqsədilə keçirilən səyyar görüşlər davam etdirilir. Növbəti belə qəbul rayonun Sis kəndində baş tutub.

Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, aidiyyəti idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən icra başçısı Tahir Məmmədov ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində bölgələrdə, o cümlədən Şamaxıda aparılan abadlıq-quruculuq işlərindən, kəndlərdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən tədbirlərdən geniş bəhs edib.

Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən əsasən kənddaxili yolların təmiri, örüş sahələrinin icarəsi və sosial təminat məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş zamanı vətəndaşlar bir sıra aktual məsələlərlə bağlı müraciət etmişlər.

Əfəndiyev Məhəmməd Xalidşah oğlu kəndin daxili yollarının təmiri ilə bağlı tədbirlərin görülməsini xahiş edib.

Kərimov Fəxrəddin Məhəmməd oğlu heyvandarlıq fəaliyyəti üçün bələdiyyə mülkiyyətində olan örüş torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müraciət ünvanlayıb.

Cəlilov Xanmusa Musaxan oğlu isə ailəsinin sosial təminatı ilə əlaqədar uşaq müavinətinin təyin olunmasına dəstək göstərilməsini istəyib.

Qeyd edək ki, bu cür səyyar görüşlər dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsi, ictimai iştirakçılığın genişlənməsi və əhalinin müraciətlərinə çevik yanaşmanın təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.




Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф