booked.net

Azərbaycan-Macarıstan: dost ölkələr, strateji tərəfdaşlar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata  bəyanatla çıxış edib 

DOST ÖLKƏLƏR, STRATEJİ TƏRƏFDAŞLAR
Prezident İlham Əliyev çıxış edərək dəvətə və qonaqpərvərliyə görə Macarıstanın Baş nazirinə təşəkkürünü bildirib və qeyd edib ki, ölkə başçılarının qarşılıqlı səfərləri müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir.
Dövlətimizin başçısı çıxışında ölkələrimiz arasındakı strateji tərəfdaşlığa diqət çəkib. Vurğulayıb ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. 
Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dioloq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən  ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Regionun təhlükəsizliyinə töhfə verən, yeni dünya düzəni formalaşdıran Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasətin yürüdülməsində mühüm rol oynayır. Bu siyasət nəticəsində rəsmi Bakıının ölkələrlə, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri daha da dərinləşib. Xarici siyasətin önəmli istiqamətlərindən biri də Mərkəzi Avropa ölkələri, xüsusilə də Macarıstanla münasibətlərdir. Budapeştlə bizim çoxşaxəli münasibətlərimiz mövcuddur.
Siyasi, iqtisadi, enerji, təhlükəsizlik, regional və sair. 1992-ci ildən etibarən qurulan Azərbaycan-Macarıstan diplomatik əlaqələri sonilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə imzalanan strateji tərəfdaşşlığa dair birgə bəyannamə rol oynayır. Bu proses 2023-cü ilin yanvarında imzalanan genişləndirilmiş strateji tərəfdaşlığa dair birgə bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni məərhələyə qədəm qoymasına səbəb olub.

İKİNCİ QARABAĞ MÜHARİBƏSİ BMT-NİN NİZAMNAMƏSİ ƏSASINDA APARILDI
Prezident İlham Əliyev müzakirələr zamanı bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü, iki ölkənin oxşar cəhətlərinin olduğunu, eyni çağırışlarla üz-üzə durduğumuzu vurğulayıb. “Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.
İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik,-deyə söyləyib.
Prezident İlham Əliyev Ermənistan Azərbaycan sülh prosesindən də danışıb. Sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.

ENERGETİKA SAHƏSİNDƏ UĞURLU ƏMƏKDAŞLIQ
Dövlətimizin başçısı ikitərəfli gündəliyimizin geniş olduğunu söyləyib. Azərbaycanın Macarıstanla Energetika sahəsində uğurlu əməkdaşlığına diqqət çəkib.  Macarıstan şirkətlərinin  “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibi olduqlarını qeyd edib. Bildirib ki, gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.

BÜTÜN BAŞQA MƏSƏLƏLƏRDƏ DƏ BİZ İKİ DOST VƏ TƏRƏFDAŞ ÖLKƏ KİMİ BİRGƏ FƏALİYYƏT GÖSTƏRİRİK
Prezident İlham Əliyev  Macarıstanın ikinci qeyri-rəsmi Zirvə görüşünə ev sahib etməsinin əhəmiyyətindən danışıb. “Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir”-deyə qeyd edib.
Çıxışının sonunda Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik edən ölkə rəhbəri Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biri kimi qiymətləndirib: “....Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq”.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan-Macarıstan əlaqələri inkişafdadır və beynəlxalq arenada yeni tərəfdaşlıq madellərinin yaranmasına xidmət edir. Bu əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizliyində deyil, geniş regional və qlobal məsələlərdə həlledici rol oynayır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф