booked.net
четверг, 10 апреля 2025

Milli rəqsə ilk monumental əsər Şamaxıda!


Tarixi Şamaxı şəhəri həm də müasir incəsənət məkanına çevrilməkdədir. Şamaxıda başlanan “Public art” layihəsi üzrə şəhərin bir sıra ictimai yerlərində, parklarında müasir incəsənət əsərləri qurulur.
Bunların sırasında Azərbaycanda milli rəqsə ilk monumental əsər də var. Əsər Şamaxının mərkəzi meydanında qurulur.
Aprel ayının sonunadək Şamaxıda bir sıra yeni əsərlər də istifadəyə veriləcək.
Qarşıdakı mövsümdə Şamaxı qonaqları yeni siması ilə qarşılayacaq. Son zamanlar şəhərdəki yeniliklərin ən diqqətçəkəni isə “Nəsimi bağları” və burdakı nəhəng Nəsimi heykəli olacaq.


Share
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
Активность на сайте 2237 - Создан Турал Расулофф