Azərbaycandan dünyaya və dünyadan Vətənə səs salan, muğamlarımızın qürurları xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Şamaxı Rayon Mədəniyyət mərkəzində xüsusi konsert proqramı ilə çıxış ediblər.
Konsertdə rayonun idarəetmə oqranlarının rəhbərləri, şəhid ailələri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Konsertdə ənənəvi olaraq bir sıra muğamlar, təsniflər və bəstəkar mahnıları səsləndirilib. Şamaxıda uzun illərdən sonra Alim Qasımovun geniş konsert proqramı ilə çıxışı həmyerlilərinin böyük sevinci və alqışları ilə müşahidə olunub.