booked.net

25 noyabr Kəlbəcər Şəhəri Günüdür


“Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”
(Azərbyacan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2020-ci il tarixində  xalqa müraciətindən)
8 AVQUST 1930-CU İLDƏ RAYON STATUSU ALMIŞ KƏLBƏCƏR RAYONU  AZƏRBAYCAN RESPUBLİKASINDA İNZIBATİ-ƏRAZİ VAHİDİDİR
 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 il işğal altında olan rayon 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən  həmən ilin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
 Beləliklə, Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Ağdam rayonu kimi, Kəlbəcərin də itkisiz, bir güllə atmadan işgaldan azad edilməsi, ölkəmizin gücünün, qüdrətinin  göstəricisi, diplomatiq qələbəmizin təzahürüdür.
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcərin yaranma tarixinə gəlincə Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv.km təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Nə xalqımız, nə də kəlbəcərlilər Kəlbəcərin işğal tarixini heç vaxt unutmayacaq. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
BMT TƏHLÜKƏSİZLİK ŞURASININ 30.04.1993-CÜ İL TARİXLİ 822 SAYLI QƏTNAMƏSİ
Rəsmi İrəvanın hərbi cinayətinə isə dünya dövlətləri bu gün də göz yumur. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə gəlincə Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
Kəlbəcərin doğma sahiblərinə qayıtması həm xalqımızın, həm də kəlbəcərlilərin yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Prezident İlham Əliyevin söylədiyi kimi, “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
2020-Cİ İL NOYABRIN 26-DA PREZİDENT CƏNAB İLHAM ƏLİYEVİN İMZALADIĞI SƏRƏNCAM İLƏ “KƏLBƏCƏRİN AZAD OLUNMASINA GÖRƏ” MEDALI TƏSİS EDİLMİŞDİR
Sözü gedən medulla Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu   təltif olunmuşdur.
Dövlətimizin başçısı 31 iyul 2023-cü il tarixində möhtəşəm Zəfər günlərimizi   əbədiləşdirmək məqsədilə Sərəncam imzalamışdır. Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.
KƏLBƏCƏR ŞƏHƏRİNDƏ İLK YAŞAYIŞ MƏHƏLLƏSİ 
Yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.
 Kəlbəcər rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.
 Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci  il avqustun 16-da «Dəmir yumruq» əməliyatı ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərimizin rəşadəti ilə azad etdiyi Kəlbəcər və Laçına səfəri zamanı həm sözü, həm jesti, həm də amiranəliyi ilə gerçəyi çılpaqlığı ilə çatdırdı.
Azərbaycan Prezidenti səfər zamanı bildirdi: «Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq”.
Həmin günü dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qeyd edək ki, Göygöl və Kəlbəcər rayonlarını 82 kilometrdir  I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.
Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.
Bəli, Prezident İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlər artıq reallığa çevrilib. Ulu Öndər Heydər Əliyev: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,-deyərək Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!
44 gün davam edən Vətən Müharibəsi bir daha Ermənistanın məğlub ölkə olduğunu göstərdi. Bu, həmişə belə olub və bugünkü müharibə bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçımızın dediyi kimi: «Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!»
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16.08.2021-ci il tarixli səfəri zamanı Azərbaycan bayrağını ucaldıb. Həmin gün  Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimində iştirak edib. 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub. 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimi, Kəlbəcər şəhərində “N” saylı hərbi hissədə yaradılmış şəraitlə tanışlıqı, Ömər aşırımı ilə tanışlığı Dağıdılmış “İstisu”  sanatoriyasına  və Yeni tikilən 51 km uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxışı ilə yadda qaldı.
Dövlət  başçısının 26.06.2022-ci il tarixli səfərində “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Kəlbəcər rayonunda hərbi hissələrin açılışında iştirak edib. Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olub. Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma, Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimi baş tutub. Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq olub və vKəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.
Prezident İlham Əliyevin 27.05.2023-cü il tarixi səfəri zamanı Yanşaq kəndinin təməlqoyma, Zallar kəndinin təməlqoyma mərasimi,“Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı olub. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıqı, Hərbi hospitalın açılışı, İlk yaşayış məhəlləsinin təməlqoyma mərasimi və  960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimi mühüm əhəmiyyət daşıyıb.
Respublika Prezidenti 25.08.2023-cü il tarixli səfəri zamanı  Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı mərasimində iştirak edib. . “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olub. Zar kəndinin təməlqoyma və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimində iştirak edib
Dövlət başçısının  07.11.2023-cü il tarixli səfəri zamanı  Vəngli kəndi ilə tanışlığı  xalqımızın yaddaşına xoş anlarla əbədi həkk olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02.09.2024-cü il tarixli səfəri zamanı  Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı, Kəlbəcərdəki Xudavəng monastır kompleksinə baxışı Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlığı olub. Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanışlıq, Kəlbəcər şəhərində inzibati binanın təməlqoyma mərasimində iştirak edib Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlığı olub. Kəlbəcərdə “İstisu” mineral su zavodunun, Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in, Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılış mərasimləri mühüm əhəmiyyət daşıyıb. Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub  Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlqoyma mərasimində iştirak edib.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф