booked.net

COP29 ilə bağlı ölkəmizdə olan müxtəlif ölkələrin nümayəndə heyətlərinin Şamaxıya səfərləri davam edir

19 noyabr 2024-cü il tarixində Şamaxıya Sakit okeanda yerləşən Niue ada dövlətinin Baş naziri Dalton Taqelaqi və digər rəsmilər səfər edib. Səfər zamanı qonaqlar Şamaxı Cümə Məscidi, N. Tusi adına Şamaxı Astrofizika Rəsadxanası və rayonun Meysəri kəndindəki müasir kənd təsərrüfatı və turizm müəssisələrinə baş çəkiblər. Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb və onlara rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.
Qeyd edək ki, bu günədək COP29 çərçivəsində Şamaxıya Almaniya, Bangladeş, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Bolqarıstan, Braziliya, Cənubi Afrika, Çin, Fransa, Hindistan, İndonesiya, İordaniya, İtaliya, Kanada, Qazaxıstan, Qırğızıstan, Nigeriya, Pakistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə, Vyetnam, Yaponiya və digər ölkələrdən çox sayda xarici qonaqlar gəlib.

Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф