booked.net

Şamaxıda “Regionlarda miqrasiya proseslərinin təşkili və onlara nəzarət mexanizmləri” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib


Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Regionlarda miqrasiya proseslərinin təşkili və onlara nəzarət mexanizmləri” mövzusunda hüquqi maarifləndirmə  tədbiri keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin, aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri, işəgötürənlər, sahibkarlar, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Maarifləndirmə tədbiri “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya prosesində iştirakı”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət”, “Tənzimlənməyən miqrasiya və onun subyektləri” “Miqrasiya sahəsində qanunvericilik normaları və qarşılıqlı fəaliyyətin əhəmiyyəti” və “Regionlarda miqrasiya proseslərinin təşkili və onlara nəzarət mexanizmləri” mövzularına həsr olunub.
 Tədbirdə  Dövlət Miqrasiya Xidmətinin strukturuna daxil olan regional miqrasiya idarələrinin fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyinin tətbiqi, tənzimlənməyən miqrasiya tədbirlərində müvafiq orqanlarla qarşılıqlı işin təşkili, ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırması üçün Xidmətin rəsmi saytında yerləşdirilmiş müraciətlər haqqında məlumatlar verilib, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф